Qızıl mədənində torpaq sürüşməsi baş verib

Konqo Demokratik Respublikasında qızıl mədənində torpaq sürüşməsi baş verib. Fəlakət nəticəsində 14 nəfər həyatını itirib.

633563
Qızıl mədənində torpaq sürüşməsi baş verib

Mədən işlətmə nazirliyinin Cənubi Kivu əyaləti üzrə nümayəndəsi Apollinaire Bulindinin məlumatına görə torpaq sürüşməsi Makunqu bölgəsindəki qızıl mədənində baş verib. Hadisədə 14 nəfər həyatını itirib. Tanzaniya sərhədinin yaxınındakı mədənə nəzarətin silahlı dəstələrin əlində olması səbəbiylə bölgəyə yardım və xilasedicilərin cəlb olunmasında çətinlik çəkilir.

Milli mətbuatın məlumatına görə torpaq sürüşmələrinə leysan yağışları səbəb olur.

Qeyd edək ki, ölkənin şərq əraziləri, 20 ildir ki, təbii sərvətlərə nəzarəti ələ keçirməkdə səy edən silahlı qrupların hücum və toqquşmasına səhnə olur.



Әlaqәli Xәbәrlәr