Türkiyə vasitəçi oldu miqrant ölümləri rekord səviyyədə azaldı

Türkiyə ilə Avropa İttifaqı arasında miqrantlarla əlaqəli mart ayında qəbul edilən razılaşmadan sonra Əgə dənizindəki qaçqın ölümlərinin 94 faiz kimi rekord səviyyədə düşdüyü açıqlanıb.

629973
Türkiyə vasitəçi oldu miqrant ölümləri rekord səviyyədə azaldı

Türkiyə vasitəçi oldu Əgə dənizindəki miqrant ölümləri rekord səviyyədə azaldı.

Türkiyə ilə Avropa İttifaqı arasında miqrantlarla əlaqəli mart ayında qəbul edilən razılaşmadan sonra Əgə dənizindəki qaçqın ölümlərinin 94 faiz kimi rekord səviyyədə düşdüyü açıqlanıb.

Avropa İttifaqı sərhədə nazirət agentliyi “Frontex”in məlumatına əsasən, Avropaya qaçqın axınının ən çox olduğu keçən il Əgə dənizində ayda orta hesabla 67 nəfər həlak oldu. Ancaq Türkiyə ilə imzalanan razılaşmadan sonra bu rəqəm 7 nəfərə düşüb.

Keçən il Aralıq dənizinin (Akdəniz) şərqindən Avropa İttifaqına üzv ölkələrə qeyri-qanuni yollardan 85 mindən artıq qaçqın gedib.

Ümumilikdə Türkiyə üzərindən olmaqla Yunanıstan yaxud da Cənubi Kıbrıs İdarəsi sahillərinə göndə 2500-ə yaxın qaçın Avropa İttifaqına üzv ölkələrə daxil oldu.  

Türkiyə ilə imzalanan müqavilənin qüvvəyə minməsindən sonra isə bu rəqəm gündə 100 nəfərin aşağısına düşüdü.

Digər tərəfdən Əgə dənizindəki “müsbət vəziyyət” Mərkəzi Aralıq dənizi üçün də qüvvədədir.

Bu il Mərkəzi Aralıq dənizi mühacir hərəkətindəki ən ölümcül ili keçirdi.

Bölgədəki qaçaq mühacir ölümlərində keçən illə müqayisədə 32 faiz artım qeydə alınıb.



Әlaqәli Xәbәrlәr