Trump prezident postunu  təhvil almamış iqtisadi tədbirlərə başlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump, Amerika prezidentinin səyahət etməsi üçün nəzərdə tutulmuş yeni təyyarələr  sifarişinǝ   dair  sərəncamı ləğv edib.

625481
Trump prezident postunu  təhvil almamış iqtisadi tədbirlərə başlayıb

Belǝ  bir  qǝrarı hökumət xərclərini azaltmaq   üçün qǝbul  etdiyini ifadə edən Trump twitter  hesabında yazıb: “Boeing gələcək prezidentlər üçün ən yeni 747 Air Force One markalı təyyarə hazırlayır, ancaq xərclər nəzarətdən çıxıb, 4 milyard  dollardan  çoxdur. Sifarişi ləğv edin”.

Yeni seçilmiş prezident mövzu  ilǝ   ǝlaqǝli   twitter  hesabındakı yazısından  sonra   çərşənbə axşamı Nyu-yorkda jurnalistlərə verdiyi  açıqlamasında xərclərin gülünc olduğunu deyib.

Ağ Evin sözçüsü Josh Earnest bildirib ki, “sitat gətirilən statistika, belə deyək, Boeing və Müdafiə Departamenti arasındakı maliyyə razılaşmasının səciyyəsini əks etdirmir".

Yeni təyyarələr 2024-cü ildə xidmətə başlayacaq.

Digǝr   tǝrǝfdǝn Boeing-in səhmləri seçilmiş prezidentin twitlərindən sonra 1 faizdən çox aşağı düşüb, amma günorta hərraclarında şirkət itkinin əksəriyyətini bərpa edib.

Trump 2020-ci ildə   növbǝti    müddǝtǝ  prezident seçilməyənədək yeni təyyarə ilə uçmayacaq.

Cənab Trump indi öz təyyarəsindən istifadə edir, lakin prezident kimi o, xüsusi təhlükəsizlik, müdafiə və rabitə avadanlığı ilə təchiz olunmuş Air Force One markalı təyyarədə səyahət etməlidir.

Nəzarət İdarəsinin hesablamalarına görə, layihənin ümumi dəyəri  3.2 milyard  dollardır. Lakin bu rəqəmin artacağı gözlənilir.

ABŞ Hərbi Hava Qüvvələrinin   mǝlumatına   görǝ layihə üçün  2.7 milyard  dollar   planlaşdırılıb. Ancaq  bu  rǝqǝmin   artacağı  proqnozlaşdırılır.  

Boeing şirkətinin sözçüsü Todd Blecher bəyanatında bildirib ki: “ Birləşmiş Ştatlar prezidentinin nadir tələblərinə uyğunlaşdırılan bu kompleks hərbi təyyarələrin imkanlarını müəyyənləşdirmək üçün hazırda  170 milyon  dollarlıq  müqavilǝ  imzalamışıq”.

Yeni seçilmiş prezident, həmçinin, çərşənbə axşamı bəyan edib ki, Yaponiya Softbank-ı ilə 50 min yeni iş yerinin yaradılması istiqamətində ABŞ-da 50 milyard dollar investisiya qoymaq barədə razılığa gəlinib.

Seçilmiş  yeni  prezident   mülk  zəngini  iş adamı Trump, bu ay   təşkil  edəcəyi   mətbuat konfransında şirkətlərindəki bütün  işlərdən əl çəkəcəyini acıqlayacaq.  



Әlaqәli Xәbәrlәr