Gecə klubunda yanğın baş verib

Amerika Birləşmiş Ştatlarının Oakland şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində 33 nəfər həyatını itirib.

623470
Gecə klubunda yanğın baş verib

Rəsmilərin açıqlamalarına görə ölü sayı arta bilər.

İki mərtəbəli gecə klubunda konsert verildiyi əsnada baş verən yanğın qıssa müddətdə yayılıb. Əvvəl binanın damı çöküb. Daha sonra bütün bina alovlara təslim olub. Konsert zamanı klubda 50 nəfər olub.

Xilasedici dəstələrin qıssa müddətdə yanğına zəzarəti ələ keçirmələriylə alovların digər binalara yayılmasının qarşısı alınıb. Yanğının çıxış səbəbi hələ də naməlum olaraq qalır.



Әlaqәli Xәbәrlәr