Milyonlarla amerikalı tıxacda qalıb

Amerikalılar Şükranlıq gününü hər il noyabrın axırıncı cümə axşamı qeyd edirlər

616871
Milyonlarla amerikalı tıxacda qalıb

 

Los-Ancelesin çıxışında on kilometrlərlə uzanan avtomobil tıxacı yaranıb. Yerli sakinlər bayram ərəfəsində ənənəvi olaraq doğmalarına qonaq gedirlər.

 ABŞ-da Şükranlıq bayramı adətən böyük tıxaclarla müşayiət olunur. Lakin ekspertlərin fikrincə, bu il rekord yenilənəcək: bayram səyahətinə 49 milyon insanın yollanacağı gözlənilir. Bu, artıq özünü təkcə tıxacların uzunluğunda deyil, həm də davamlığında göstərir. Tıxaclar səhərədək aradan qalxmır.

Amerikalılar Şükranlıq gününü hər il noyabrın axırıncı cümə axşamı qeyd edirlər. Hazırda bayram dini xarakterini itirib və daha çox bütün ailənin bayram süfrəsi ətrafında bir yerə yığışması üçün səbəb hesab olunur. Həmin gün insanlar kasıblara yardım edir, ölkədə çoxsaylı xeyriyyə aksiyaları keçirilir.

Digər bir ənənə isə hind toyuğunun əfv edilməsi mərasimidir. 

AZƏRTAC 

 

 

 

 



Әlaqәli Xәbәrlәr