Kolumbiyada atəşkəs rejiminin bitəcəyi tarix bəlli olub

Kolumbiyada atəşkəs rejimi başa çatır

583428
Kolumbiyada atəşkəs rejiminin bitəcəyi tarix bəlli olub

Referendumdan Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə hökumət arasındakı sülh müqaviləsinə “xeyr” nəticəsi çıxdıqdan sonra ölkə prezidenti Xuan Manuel Santos televiziya vasitəsilə xalqa müraciət edib. O, atəşkəs rejiminin oktyabrın 31-i başa çatacağını deyib.

Məsələyə FARC lideri Rodrigo Landono sosial media hesabı vasitəsilə münasibət bildirib. O, prezidentin qeyd etdiyi tarixi xatırladaraq “Bəs bundan sonra nə olacaq? Müharibə davammı edəcək?”,- sözlərini yazıb.



Әlaqәli Xәbәrlәr