Çindǝ tayfun qasırğası vǝ sel fǝlakǝti baş verib

Çinin cənub və şərq bölgələrindǝ hǝyatı ifliç edǝn Megi tayfun qasırğası nǝticǝsindǝ baş verǝn sel fǝlakǝtindǝ bir nǝfǝr hǝyatını itirib.

579188
Çindǝ tayfun qasırğası vǝ sel fǝlakǝti baş verib

Rǝsmilǝrin mǝlumatına görǝ ötǝn gün ölkənin cənub və şərq ǝrazilǝrindǝ təsirli olmağa başlayan tayfun qasırğası bəzi bölgələrdə sel və torpaq sürüşmǝsinǝ səbəb olub.

Fucien əyalətində sel fǝlakǝtinǝ mǝruz qalan bir nǝfǝr ölüb. Cuciang əyalətində isǝ 33 nǝfǝr itkin düşüb.

Tayfun qasırğasından təsirlənən bölgələrə təyyarə reyslǝri tǝxirǝ salınıb. Fǝlakǝt sǝbǝbiylǝ dövlǝt idarǝlǝri vǝ məktəblər tətil edilib. Fǝlakǝt bölgǝsindǝ yaşayanlar evakuasiya edilib.

Qeyd edǝk ki, üç gün ǝvvǝl dǝ Tayvanda tǝsirli olan Megi tayfun qasırğasının sǝsǝb olduğu sel fǝlakǝti niticǝsindǝ 4 nǝfǝr hǝyatını itirmiş, 527 nəfər dǝ bǝdǝn xǝsarǝti almışdı.



Әlaqәli Xәbәrlәr