Dünyadakı qaçqın uşaqların yarısından çoxu məktəbə getmir

Məktəbə getmək şansı olanların  yalnız 0,01%-i ibtidai sinifdən sonra təhsilini davam etdirə bilir.

571314
Dünyadakı qaçqın uşaqların yarısından çoxu məktəbə getmir

 Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı dünya üzrə 3 milyon 700 min qaçqın uşağın təhsil almadığını bildirir.
 
 Məktəbə getmək şansı olanların da  yalnız 0,01%-i ibtidai sinifdən sonra təhsilini davam etdirə bilir.
 
 Uşaqları daha yaxşı bir gələcəklə təmin edən təhsilə etinasız münasibət bəslənildiyinə diqqət çəkən BMT ümumdünya miqyasında uşaqların ən azı ibtidai məktəb səviyyəsində təhsil alması hədəfinin əldə olunmasının uzun müddət  mümkün olmayacağını vurğulayır.
 
 BMT, eyni zamanda, ümumdünya miqyasında 50 milyon uşağın evindən uzaqda olduğunu, hər iki miqrantdan birinin yaşının 18-dən az olduğunu qeyd edir.



Әlaqәli Xәbәrlәr