Tunis tarixində ən gənc Baş nazir

Siyasi qeyri-müəyyənlik yaşanan Tunisdə Yusif Şahidin qurduğu Milli Birlik Hökuməti parlamentdən səs alıb

560146
Tunis tarixində ən gənc Baş nazir

  217 üzvlü parlamentdə səsvermədə 194 millət vəkili iştirak edib. 167 millət vəkili lehinə, 22-si əleyhinə səs verib, 5-i bitərəf qalıb.

  Beləcə, Nida Tunis Partiyasından olan Yusif Şahidin qurduğu Milli Birlik Hökuməti parlamentdən istədiyi səsi toplayıb və gələcək həftədən başlayaraq Həbib Əs-Siydi hökumətindən vəzifəni təhvil alacaq.

  41 yaşlı Yusif Şahid ölkə tarixində ən gənc Baş nazir sayılır.

  Parlamentdəki iclasda qurduğu kabinet və hökumət proqramıyla bağlı çıxış edən Baş nazir yeni hökumətdə hər qanaddan nümayəndələrin olduğuna diqqət çəkib və partiyaıları həmrəyliyə çağırıb.

  Yusif Şahid dövlət obyektlərini satmağa və ya konstitusiyanı dəyişdirməyə niyyətli olmadıqlarını söyləyib.

  Xatırladaq ki, Tunis prezidenti Əl-Baci Qaidə Əs-Sibsinin iyun ayında etdiyi Milli Birlik Hökuməti qurulması çağırışıyla başlayan danışıqlar iki aydır ki, davam edirdi. Məsləhətləşmələrdən sonra 30 iyulda rəhbərlikdəki Həbib Əs-Siydi hökumətinə səs verilməyincə yeni hökumətin qurulması üçün ikinci mərhələyə keçildi və prezident Sibsi Milli Birlik hökumətini qurma vəzifəsini 3 avqustda Yusif Şahidə tapşırmışdı.



Әlaqәli Xәbәrlәr