Somalidə Fətullahci Terror Təşkilatına aid məktəblərdə yenidənqurma işləri aparılır

Türkiyənin Moqadişu səfiri Olgan Bekar: "Bu məktəblərdə bundan sonra keyfiyyətli təhsil veriləcək" dedi.

555964
Somalidə Fətullahci Terror Təşkilatına aid məktəblərdə yenidənqurma işləri aparılır

Türkiyənin Moqadişu səfiri Olgan Bekar Somali hökumətinin fəaliyyətlərinin dayandırılması barədə qərar verdiyi FETÖ ilə əlaqəsi olan məktəbləri sentyabr ayının əvvəlində açmağı planlaşdırdıqlarını söylədi.

Somali Təhsil Nazirliyi ilə imzalanacaq müqaviləyə əsasən bu məktəblərin Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən idarə ediləcəyini ifadə edən Bekar:"Bu məktəblərdə bundan sonra keyfiyyətli təhsil veriləcək" dedi.

Bekar təşkilata aid Deva xəstəxanasının adının Benadir olaraq dəyişdiriləcəyini və xəstəxananın Moqadişudaki Rəcəb Tayyib Ərdoğan Xəstəxanasının rəhbərliyi altında 2 həftə ərzində yenidən fəaliyyətə başlayacağını qeyd etdi.

Türkiyə səfiri, eyni zamanda,Türkiyə hökumətinin siyasi problemlərin öhdəsindən gəlinməsi və sabitliyin bərqərar olması yolunda Somaliyə hər növ dəstəyi verəcəyini ifadə etdi.

Qeyd edək ki, Moqadişuda 2011-ci ildən etibarən fəaliyyət göstərən FETÖ-yə  aid 3 məktəbdə 850 şagird təhsil alırdı. Somali hökuməti 16 iyulda Nile Academiyasının fəaliyyətlərinin dayandırılması və təşkilat işçilərinə ölkəni tərk etmələri üçün bir həftə müddət verilməsi barəsində qərar vermişdi. Məktəblərdə müəllim yerlərinin türkiyəli və yerli müəllimlərlə doldurulması gözlənilir.

 

 

 

 



Әlaqәli Xәbәrlәr