Yanğın sǝbǝbiylǝ 82 min nǝfǝr evakuasiya edilib

ABŞ-nın Kaliforniya əyalətində baş verǝn yanğına görǝ 82 min nǝfǝr bölgǝdǝn evakuasiya edilib.

553465
Yanğın sǝbǝbiylǝ 82 min nǝfǝr evakuasiya edilib

Kaliforniya Meşə sahǝlǝri idarǝsinin səlahiyyətlilərinǝ görǝ, San Bernardino şǝhǝrinin yaxınlığında başlayan və bir neçə saat ǝrzindǝ ən az 20 kvadrat kilometrlik sahəyə yayılan yanğın səbəbiylə fövqǝladǝ vəziyyət elan edilib.

Bölgədə çox sayda evin yandığı, 34 min evin isə yanğın tǝhlükǝsi altında olduğu bildirilir.

Kaliforniyanın cənubu ilə Las Veqası birlǝşdirǝn şosǝ yol da yanğın sǝbǝbiylǝ get-gǝlǝ bağlanıb. Yanğını söndürmək üçün təxminən 300 xilasedici səfərbər olub. 5 vertolyot isə havadan dəstək verir. Səbəbi isə hələlik bilinmǝyǝn yanğın nǝticǝsindǝ xeyli sayda xilasedici yaralanıb.

 



Әlaqәli Xәbәrlәr