“Erl” fırtınasında ölǝnlǝrin sayı 48 nǝfǝrǝ çatıb

Meksikanın Pueblo və Veracruz əyalətlərini tǝsiri altına alan tropik “Erl” fırtınasının sǝbǝb olduğu torpaq və palçıq sürüşməsi nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin sayı 48 nǝfǝrǝ çatıb.

549147
“Erl” fırtınasında ölǝnlǝrin sayı 48 nǝfǝrǝ  çatıb

Puebla əyalətinin qubernatoru Rafael Moreno Vallenin mǝlumatına görǝ axtarma vǝ xilas etmǝ fǝaliyyǝtlǝri nǝticǝsindǝ daha 9 nǝfǝrin cəsədi tapılıb. Belǝlǝklǝ tǝbii fǝlakǝt nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin sayı 48 nǝfǝrǝ çatıb.

Veracruz əyaləti qubernatoru Javier Duarte dǝ jurnalistlərə verdiyi açıqlamada, su səviyyəsi yüksǝlǝn çayların daşmasının qarşısını almaq üçün tǝdbirlǝr görüldüyünü ifadə edərək, min 230-dan çox adamın daha etibarlı bölgələrə evakuasiya edildiyini bildirib.

Qeyd edǝk ki, ölkənin şimal-qərbində yerlǝşǝn Baja California yarımadasında tǝsirli olacağı proqnozlaşdırılan "Javier" fırtınası torpaq sürüşmələri nəticəsində gücünü itirib.



Әlaqәli Xәbәrlәr