Mumbay-Qoa yolu üzərindəki körpü  çöküb, 22 nəfər ölüb

Ötən gecə Hindistanda güclü yağışlar nəticəsində Mumbay-Qoa yolu üzərindəki körpünün uçması zamanı ən azı 22 nəfər itkin düşüb.

543841
Mumbay-Qoa yolu üzərindəki körpü  çöküb, 22 nəfər ölüb

Hindistanın qərb  ǝrazǝlǝrindǝ yerlǝşǝn Maharaştra əyalətində güclü yağışlar nəticəsində Mumbay-Qoa yolu üzərindəki körpünün uçması zamanı iki avtobus  vǝ    bir  neçǝ   avtomobil  çaya düşüb.  Hadisǝ   nǝticǝsindǝ  22 nəfər   hǝyatını  itirib. 

Maharaştra ǝyalǝtinin  baş naziri Devendra Fadnavisin  mǝlumatına  görǝ   faciə Hindistanın qərbində, Mahad şəhəri ərazisində baş verib. Güclü musson yağışlarından daşan Savitri çayı köhnə körpünün dayaqlarını yuyub aparıb və onun seksiyası uçub. Həmin zaman körpü üzərində çoxlu sayda avtomobil və iki avtobus olub ki, onlar da çaya düşüb. Sahilə çıxmaq istəyənləri güclü axın özü ilə aparıb.

  



Әlaqәli Xәbәrlәr