İngiltərədə namizədlərdən kimin baş nazir olacağı dəqiqləşdi

Baş nazirliyə namizədlik uğrunada Andrea Lidsom və Tereza Meyin mübarizəsi nəticələnib.

527225
İngiltərədə namizədlərdən kimin baş nazir olacağı dəqiqləşdi

Baş nazirliyə namizədlik uğrunada Andrea Lidsom və Tereza Meyin mübarizəsi nəticələnib.

Lidsom paytaxt Londonda çıxışında liderlik mübarizəsindən  geri çəkildiyini söyləyərək rəqibinin Britaniyanın Avropa İttifaqından çıxışını təmin edəcək baş nazir olacağını bildirib.

Ölkə mətbuatının yazdığına görə Lidsomun namizədlikdən çəkilməsiylə Tereza Mey sentyabrdan əvvəl baş nazirlik kürsüsündə oturacaq.

Bu arada Tereza Mey təşkil etdiyi mətbuat konfransında Birləşmiş Krallığın güclü bir liderə ehtiyacı olduğunu deyib və əlavə edib ki, ölkəni iqtisadi və siyasi böhrandan çıxaracaq və Aİ-dən ayrılarkən ən yaxşı müqaviləni təmin edəcək. Referendum nəticəsindən sonra ölkəni və partiyanı birləşdirmənin əhəmiyyətini vurğulayan Mey bildirib ki, referendum Aİ-dən ayrılıq qərarı ilə yanaşı həm də ciddi dəyişiklik qərarını da zəruri edir. “Brexit, Brexit deməkdir. Aİ-də qalma istiqamətində ya da ikinci bir referendum üçün hər hansı bir cəhd olmayacaq. İttifaqa arxa qapıdan təkrar üzv cəhdimiz olmayacaq. Ölkə Aİ-dən ayrılma qərarı verib. Bu qərarın icrasını təmin edəcəm”-deyə xanım Mey bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın tarixində ilk qadın baş nazir vəzifəsində çalışmış Marqaret Tetçer olub. Tereza Mey baş nazir olacağı halda bu status qalmayacaq. Bir çox xarakteriylə sabiq qadın nazirə bənzədilən Meyi ingilis mətbuatı “yeni Demir Ledi” adlandırır.

Son 6 ildir Daxili İşlər naziri vəzifəsini icra edən, xüsusilə miqrant məsələlərinə dair kəskin qərarlar verən Tereza Mey illik miqrant sayının 100 mini keçməsinin qarşısını ala bilməməsi səbəbiylə hökumətin tənqidinə tuş gəlmişdi.



Әlaqәli Xәbәrlәr