B.Obama: ''Türkiyənin yanındayıq''

“Türkiyəyə hər cür kömək təklif etdik və bu çətin zamanda onlara yardım etməyə hazırıq". Bunu Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Atatürk Havalimanında  törədilən terror aktına dair çıxışında deyib.

521099
B.Obama: ''Türkiyənin yanındayıq''
joe biden.jpg
joe biden.jpg

“Türkiyəyə hər cür kömək təklif etdik və bu çətin zamanda onlara yardım etməyə hazırıq". Bunu Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Atatürk Havalimanında  törədilən terror aktına dair çıxışında deyib.

Kanadada keçirilən Şimali Amerika Liderlərin Zirvə toplantısından sonra təşkil edilən mətbuat konfransında Barak Obama bildirib ki, Atatürk Havalimanı dünyada ən izdihamlı aeroportlardan biridir. Hadisədən dərin kədər keçirtdiklərini qeyd edən ABŞ prezidenti Türkiyə xalqının yanında olduqlarını dilə gətirib.

Hadisəni törədənlərə qarşı birgə mübarizənin vacibliyini vurğulayan Obama bildirib ki, bu işdə Türkiyəyə ilə daha yaxın mövqedədirlər.

ABŞ-ın vitse-prezidenti Co Bayden isə həyat yoldaşı ilə birlikdə Türkiyənin Vaşinqtondakı səfirliyini ziyarət edib. "Dünya Türkiyənin yanındadır" deyən Bayden terror hadisəsində DEAŞ-ı təqsirləndirib. Terror qruplaşmasının yerləşdiyi ərazilərdə zərərsizləşdiriləcəyini bildirən ABŞ-ın vitse-prezidenti qeyd edib ki, uzun zamandır Türkiyənin terrorçulara qarşı apardığı mübarizəsini qibtə ilə müşahidə edirik.


Etiketlәr: #Barak Obama

Әlaqәli Xәbәrlәr