"Bu, arzuladığımız ssenari deyildir", D.Tusk

Avropa İttifaqı Böyük Britaniyanın ayrılma məsələsini müzakirə edir

520346
"Bu, arzuladığımız ssenari deyildir", D.Tusk

  İttifaqa üzv ölkələrin liderləri Brüsseldə bir araya gəlib. İngiltərə Baş naziri Devid Kemeron referendumun nəticəsinə görə ölkəsinin qurumdan ayrılacağını, buna görə təəssüf etdiyini, lakin prosesin mümkün qədər konstruktiv aparılmasını istədiklərini bildirib.

  Avropa İttifaqı Şurasının sədri Donald Tusk da məsələnin tezliklə həllinin tərəfdarıdır. “Əlbəttə, mən bunu istəməzdim. Bu arzuladığımız ssenari deyildir”, - deyən Tusk bildirib ki, Mövcud razılaşmalara görə, Böyük Britaniya qanuni öhdəliklərini yerinə yetirilməlidir... İngiltərədən rəsmi bildiriş gəlməyənə qədər hər hansı müzakirəyə başlanılmayacaq".

  Prosesin tezləşdirilməsinə Fransa prezidenti Fransua Olland da tərəfdardır.

  Qeyd edək ki, İngiltərənin Avropa İttifaqından ayrılması üçün qurum sazişinin 50-ci maddəsi qüvvəyə minməli və rəsmi olaraq referendum nəticəsi açıqlanmalıdır. İngiltərənin çıxış müddətini başlayacaq Lissabon sazişinin 50-ci maddəsinin yeni Baş nazirin təyinatınadək gündəmdə saxlanılması gözlənilmir. Avropalı rəsmilər sözügedən maddənin tezliklə icrasını istəyirlər. Çünki yalnız bundan sonra 2 il vaxt aparması gözlənilən çıxış prosesinə başlanılacaq.



Әlaqәli Xәbәrlәr