İsrail əsgərləri fələstinli qadını öldürdülər

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində "idarə etdiyi avtomobillə təcavüz etdiyi" iddiası ilə fələstinli  qadını vuraraq öldürdülər.

517888
İsrail əsgərləri fələstinli qadını öldürdülər


  İsrail ordusunun verdiyi yazılı açıqlamada  sözügedən fələstinli qadının İordan çayının cənub-qərbində yerləşən Kiryat Arba Yəhudi yaşayış məntəqəsi yaxınlığında "idarə etdiyi avtomobillə  iki israillini yüngül şəkildə yaraladığı" bildirildi.
 
 Yaralıların xəstəxanaya aparıldığı ifadə edilən açıqlamada hücum etdiyi  irəli sürülən fələstinli qadının hadisə yerindəki əsgərlər tərəfindən vurularaq öldürüldüyü qeyd olunur.
 
 Qeyd edək ki, İordan çayının qərb sahili və Şərqi Qüds 1967-ci ildən etibarən İsrailin işğalı altındadır.
 
 İordan çayının qərb sahilində təxminən yarım milyon, Şərqi Qüdsə də iki yüz minə yaxın yəhudi yerləşdirilib.
 
 Beynəlxalq ictimaiyyət işğal altındakı Fələstin torpaqlarına  yəhudilərin yerləşdirilməsini qeyri-qanuni qəbul edir.



Әlaqәli Xәbәrlәr