Korrupsiya faktına görə sabiq nazir həbs olunub

Həbs olunan nazirin xanımı isə hələ də senator vəzifəsində çalışır.

517148
Korrupsiya faktına görə sabiq nazir həbs olunub

Braziliyanı sarsıdan korrupsiya qalmaqalı ilə əlaqədar sabiq dövlət başçısı Lula Da Silva hökumətində İnformasiya Texnologiyaları naziri olmuş Paulo Bernardo həbs olunub.
 
Paulo Bernardo 2010-2015-ci illərdə nazirliyi tərəfindən ödəmələrdə 30 milyon dollar korrupsiya etməkdə günahlandırılır.
 
Sabiq nazir və xanımının adı istintaq işi davam edən dövlət neft şirkəti Petrobasdakı pozuntulara görə də hallanır.
 
 Həbs olunan nazirin xanımı isə hələ də senator vəzifəsində çalışır.



Әlaqәli Xәbәrlәr