‘‘Zagrosjet’’ hava yolu şirkәtinә mәxsus Airbus A321 tipli sərnişin təyyarəsi tәcili eniş edib

‘‘Zagrosjet’’  hava  yolu şirkәtinә mәxsus  vә  İstanbul-Ərbil səfərini hәyata keçirәcәk  Airbus A321 tipli sərnişin təyyarəsi bir mühərrikindә yaranan  problem sәbәbindәn  tәcili eniş edib.

515784

 Әldә olunan mәlumata görә,  təyyarənin göyәrtәsindә  96 sәrnişin olub.

Havaya qalxdıqdan qısa müddət sonra sol mühərriki dayanan təyyarənin pilotu vəziyyəti Atatürk Hava Limanı Hava Nəqliyyat Nəzarət qülləsinə bildirərək təcili eniş icazәsi  istәyib.

İcazə alan pilot  daha sonra tək mühərriklə təyyarəni  Atatürk Hava Limanına problemsiz bir şəkildə endirib.

Qeyd edәk ki, sәrnişinlәrin başqa bir tәyyarә ilә Әrbilә göndәrildiyi qeyd olunub.

Әlaqәli Xәbәrlәr