Ömər Mǝtin-in hǝyat yoldaşı Nur Salman haqqında istintaq başladılıb

Nur Salmanın, qanlı hadisǝnin törǝdilǝcǝyinǝ dair mǝlumatının olduğu irǝli sürülüb.

511918
Ömər Mǝtin-in hǝyat yoldaşı Nur Salman haqqında istintaq başladılıb

ABŞ-ın Orlando ştatında bir gecə klubunda 49 nǝfǝri öldürən Ömər Mǝtin-in hǝyat yoldaşı Nur Salmanın, qanlı hadisǝnin törǝdilǝcǝyinǝ dair mǝlumatının olduğu irǝli sürülüb.

Buna görǝ Nur Salman 17 İyunda mǝhkǝmǝdǝ ifadǝ verǝcǝk. Hadisǝ ilǝ bağlı başladılan istintaq çǝrçivǝsindǝ cinayǝtkara yardım edǝnlǝrin ola bilǝcǝyi ehtimalı da araştırılır.

Federal Təhqiqat Bürosu FBI-n mǝlumatına görǝ Nur Salman, qanlı hadisǝni törǝtmǝmǝsi üçün ǝrini xǝbǝrdarlıq etmǝk vǝ ya qarşqısını almaq ǝvǝzinǝ onu avtomobillə hücumun törǝdildiyi kluba aparıb.

Nur Salmanın, 49 nǝfǝrin öldürülmǝsi, 53-nün isǝ öldürülmǝsi cǝhdinǝ yardım etmǝk vǝ səlahiyyətlilərə hücum haqqında mǝlumat vermǝmǝkdǝ ittiham edilǝcǝyi gözlǝnir.



Әlaqәli Xәbәrlәr