Almaniyada itkin düşən suriyalı qadın və uşaqlar

Beynəlxalq Hüquq Müşahidə Mərkəzi (UHİM) 1990-2011-ci illərdə Almaniyada baş verən irqçi cinayətləri hesabatını açıqlayıb

504378
Almaniyada itkin düşən suriyalı qadın və uşaqlar

  Hesabata görə, Almaniyada 1990-2011-ci illər arası 746 irqçi cinayət törədilib.

  Ölkədə hər il təxminən 10 min irqçi və İslamofobik hərəkətlər qeydə alınıb.

  Almaniyada 90-cı illərdən etibarən artan irqçi hücumlarda son dərəcə vəhşi üsullara əl atılıb.

  Almaniya Federal Hökumətinin rəsmi məlumatına görə, 2001-2011-ci illər arasında hər il orta hesabla 22 məscid hücuma uğrayıb, 2012-ci ildə isə bu rəqəm ildə 40-a yüksəlib.

  Hesabatda ümumilikdə Almaniyada son 15 ildə 300-dən çox məscidə hücum edildiyi bildirilib.

  Almaniya Federal Kriminal İdarəsinin məlumatına görə, 2016-cı ilin yanvar ayından isə Almaniyada 14-17 yaşları arasında təxminən 5 min qaçqın uşaq itkin düşüb.

  Digər Avropa ölkələrində olduğu kimi Almaniyada da itkin düşən suriyalı qadın və uşaqların fahişəlik və orqan tacirlərinin əlinə düşmə ehtimalından rəsmi orqanlar ciddi narahat olduqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr