“Belə qərarları parlamentlər deyil, ancaq beynəlxalq məhkəmə verə bilər”

Almaniya Federal Məclisi tərəfindən 1915-ci il hadisələriylə əlaqədar erməni iddialarının gündəmə alınması ölkədə yaşayan türklər tərəfindən paytaxt Berlində etirazla qarşılanıb

499628
“Belə qərarları parlamentlər deyil, ancaq beynəlxalq məhkəmə verə bilər”

  Türk qeyri-hökumət təşkilatlarının təşkil etdiyi nümayişdə Potsdamer Platz Meydanında toplanan minlərlə adam Vilhelmstrass prospekti üzərindən Federal Məclisin yaxınlığında yerləşən tarixi Brandenburq darvazasına qədər gedib-çıxıb.

  Türkiyə, Almaniya, Azərbaycan və Şərqi Türkistan bayraqları daşınan nümayişdə "Soyqırım etmədik, vətən müdafiə etdik" və "Yaşasın Türkiyə" şüarları səslənib.

  Nümayişçilər, eyni zamanda, "Federal Məclisin buna haqqı yoxdur", "Almaniya Məclisi nifrət günahı yayır", "Almaniya Məclisi məhkəmə deyil", "Türk nifrətinə xeyr", "Siyasətçilər hakim deyil", " Türk-Alman dostluğuna zərər vermə" yazılan plakatlarlar da daşıyıblar.

  Brandenburq darvazasının qarşısındakı meydanda şəhidlər 1 dəqiqəlik sükutla yad edilib və İstiqlal Marşı oxunub.

  Türkiyə- Azərbaycan Birliyinin sədir Haqqı Keskin Almaniya Federal Məclisində 2 iyunda 1915-ci il hadisələrilə bağlı veriləcək qərarla bağlı deyib: "Parlamentlər millət vəkilləri və hökumətlə birlikdə istədiyi qərarı qəbul edə bilməz. Buna haqqı yoxdur. Biz bu böhtanı rədd edirik".

  Barış üçün Dialoq Dərnəyinin sədri Əli Söylemezoğlu da öz növbəsində bunları deyib: " Türklər soyqırım etdimi, etmədimi? Buna parlamentlər deyil, ancaq beynəlxalq məhkəmə qərar verə bilər." Biz də buna əsaslanaraq deyirik ki, Federal Almaniya Parlamenti ona dəxli olmayan qərarı verməyə qalxmasın”.

  Qeyd edək ki, Almaniya hökuməti tərəfindən  hazırlanan və yerli müxalifətin də dəstək verdiyi sözdə erməni iddialarını əhatə edən layihənin 2 iyunda böyük ehtimalla Məclisdən keçəcəyi bildirilir. Qərar layihsəində 1915-ci il köç hadisələri "soyqırım" adlanır. Əgər Almaniya Məclisi sözdə erməni soyqırımını tanıyarsa, Türkiyə "Türklər soyqırım etmədi" başlığıyla məhkəməyə cinayət işi açılması üçün müraciət edəcək.

  Almaniyanın orta tədris proqramlarına erməni iddialarının salınması da türkləri narahat edən digər böyük səbəbdir.



Әlaqәli Xәbәrlәr