Alimlərdən "Zika" xəbərdarlığı

Oksford, Harvard və Yale kimi dünyanın nüfuzlu universitetlərində işləyən 150 elm adamı Dünya Səhiyyə Təşkilatına məktub göndərərək Braziliyada keçiriləcək olimpiya oyunlarına diqqət çəkdi və zika epidemiyası ilə əlaqədar narahatlıqlarını dilə gətirdi.

499182
Alimlərdən "Zika" xəbərdarlığı

 
 Mütəxəssislər zika virusunun ən çox yayıldığı ölkələr arasında olan Braziliyada keçiriləcək oyunların "ictimai sağlamlıq naminə" təxirə salınmasını və ya başqa yerdə keçirilməsini tələb etdilər.
 
 Məktubda olimpiya oyunları üçün ən az 500 min əcnəbi turistin Braziliyaya gedəcəyi, bunun da xəstəliyi qlobal epidemiyaya çevirəcəyi xəbərdarlığı edilir.
 
 Qeyd edək ki, zikanın hələ ki müalicəsi və profilaktik peyvəndi yoxdur.



Әlaqәli Xәbәrlәr