Yəməndə terror aktı törədilib

İlkin məlumatlara görə hadisə zamanı 20 nəfər həyatını itirib.

496039
Yəməndə terror aktı törədilib

Yəmənin Ədən şəhərində terror aktı törədilib. İlkin məlumatlara görə hadisə zamanı 20 nəfər həyatını itirib.  

Hadisə nəticəsində çox sayda adam yaralanıb.  

Şəhərdəki hərbi hissə qarşısında müraciət etmək üçün gözləyənləri hədəf alan kamikadze üzərindəki bombanı partladıb.  

Həlak olanlar arasında iqamətgahı hadisə yerinə yaxın olan Badr hərbi bazasının komandiri Abdallah Soubeihi də olub.

Hadisə ilə bağlı ilk məlumatda, terror aktının bomba yüklü avtomobil vasitəsi ilə törədildiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr