Boko Haramın əlində əsir olan məktəbli qızlardan biri xilas oldu

Nigeriyada Boko Haram terror təşkilatı tərəfindən 2 il əvvəl qaçırılan məktəbli qızlardan biri də xilas oldu.

494275
Boko Haramın əlində əsir olan məktəbli qızlardan biri xilas oldu

 Meşədə ovçular tərəfindən tapılan Əminə ailəsinə qovuşan ilk Çibok qızı oldu.
 
Boko Haram Borno əyalətinin Chibok şəhərindəki internat məktəbinə 14 aprel 2014-ci ildə basqın edərək 275 məktəbli qızı qaçırdığında Əminə Əli 17 yaşında idi.
 
 2 il təşkilatın əlində əsir qalan Əminə, xilas olarkən qucağında 4 aylıq körpə vardı.
 
Əminənin yanında olan adam onun həyat yoldaşı olduğunu iddia edir. Polis həmin adamın Boko Haram üzvü olması şübhəsi ilə nəzarətə aldı.
 
 Nigeriya mətbuatında çıxan xəbərlərdə Əminənin meşədə saxlanarkən əsgərlər və ovçular tərəfindən tapılaraq azad edildiyi bildirilir.
 
 Əminə və körpəsi ilk əvvəl ailəsilə görüşdü. Sonra Borno əyalətindəki hərbi qarnizona, oradan da paytaxt Abujaya aparıldı və Nigeriyanın dövlət başçısı Məhəmmədi Buxari tərəfindən saryda qəbul edildi.
 Qohumlarının verdiyi məlumata görə,Əminə Çibok qızlarının hələ də meşədə Boko Haram terroristlərinin əlində əsir olduğunu, altı qızın qaçmağa cəhd göstərdikləri zaman öldürüldüyünü deyir.
 
 Əminənin tapılması ilə digər qızların qohumlarının ümidləri artdı.
 
 Qeyd edək ki, Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin Chibok şəhərindəki  internat məktəbinə 14 aprel 2014-cü ildə  basqın təşkil edən Boko Haram 276 məktəbli qızı qaçırmışdı.
 
Qızlardan 57-i qaçaraq xilas olmuş, 219-dan xəbər çıxmamışdı.
 
 Boko Haram Qərb üslubunda təlim-tərbiyə vermələri bahənəsilə  məktəbləri yandırır, şagird  və müəllimlərdən öldürür, qaçırdığı qadın və qızları kölə, və ya canlı bomba kimi istifadə edir.



Әlaqәli Xәbәrlәr