Müxalifǝtin Nayrobidǝ etiraz aksiyası

Nümayişçilǝr seçki komitǝsini istefaya çağırıb.

487547
Müxalifǝtin Nayrobidǝ etiraz aksiyası

Gǝlǝcǝk il prezident seçkilǝrinin keçirilǝcǝyi Şǝrqi Afrika ölkǝsi Keniyada seçki komitǝsinin hakimiyyǝt tǝrǝfdarı olduğunu iddia edǝn müxalifǝt Nayrobidǝ etiraz aksiyası keçirib.

Nümayişçilǝr seçki komitǝsini istefaya çağırıb. Nümayişçilǝrlǝ tǝhlükǝsizlik qüvvǝlǝri arasında qalmaqal baş verib.

Polis nümayişçilǝri gözyaşardıcı qaz vǝ su şırnaqları ilǝ dağıdıb.

Nümayişçilǝrǝ ölkǝnin sabiq baş naziri Raila Odinqa rǝhbǝrliyindǝki müxalifǝtin siyasi xadimlǝri dǝ dǝstǝk.

Qeyd edǝk ki, Keniyada 2007-ci ildǝ seçkilǝrdǝ saxtakarlığa yol verildiyi iddiası ilǝ yaranan hadisǝlǝrdǝ yüzlǝrlǝ  insan hǝyatını itirmiş, 600 nǝfǝr dǝ evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalmışdı.

Hal-hazırda ölkǝnin rǝhbǝri ilk dövlǝt başçısı Yomo Kenyattanın oğlu Uhuru Kenyattadır.



Әlaqәli Xәbәrlәr