Hollandiya miqrantlara 260 Avroluq büdcə ayıracaq

Hollandiya suriyalı miqrantlara ev sahibliyi edən ölkələrə verdiyi maddi dəstəyi artırmaq qərarı alıb.

482909
Hollandiya miqrantlara 260 Avroluq büdcə ayıracaq

Hollandiya suriyalı miqrantlara ev sahibliyi edən ölkələrə verdiyi maddi dəstəyi artırmaq qərarı alıb.

Xarici Ticarət və İnkişaf Əməkdaşlıq naziri Lilianne Ploumen Məclisə verdiyi məlumatda suriyalı miqrantların daha çox olduğu Türkiyə, İordaniya, Livan və İraqa gǝlǝcǝk 2 il ərzində verilmǝk mǝqsǝdilǝ 260 milyon avroluq əlavə bir büdcə yaradılacağını açıqlayıb.

Büdcədən Türkiyəyə 94, Livana 86, İordaniyaya 60, İraqa isə 20 milyon Avro ayrılması planlaşdırılır.

Ploumen bu vəsaitin miqrantlara  təhsil, səhiyyə və öz iş yerlərini qurmaları üçün nəzərdə tutulduğunu ifadə edib.

Qeyd edək ki, suriyalı miqrantlar üçün Hollandiyanın indiyə qədər ayırdığı ümumi büdcə 620 milyon avroya çatıb.



Әlaqәli Xәbәrlәr