Bin Ladenin öldürüldüyü əməliyyat videosu yayılıb

Ladenin necə öldürüldüyü müxtəlif müzakirələrə səbəb olmuşdu.

482583
Bin Ladenin öldürüldüyü əməliyyat videosu yayılıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi CIA Əl-Qaidə terror təşkilatı lideri Usama Bin Ladenin öldürülməsinin 5-ci ildönümündə maraqlı bir hadisəyə imza atıb.

Bin Ladenin öldürüldüyü əməliyyat bu gün sosial media vasitəsi ilə yayılıb. CIA-nı təbrik edənlərlə bərabər qınayanlar da olub. İdarənin bu addımı "mənasız və utanc verici", "qeyri-professional" və "gərəksiz" adlandırılıb.

Təxminən 3 min adamın ölümü ilə nəticələnən 11 sentyabr hadisələrindən sonra ABŞ hadisəni törədən Əl-Qaidənin lideri Usama Bin Ladeni tutmaq üçün bütün imkanlarını səfərbər etmişdi. Amerikalı xüsusi təyinatlıları hücumlardan 10 il sonra - 2 may 2011-ci ildə, Pakistanda əməliyyat təşkil etmişdi. Gizləndiyi evdə amerikalı əsgərlər tərəfindən öldürülən Bin Ladenin cəsədinin okeana atıldığı açıqlanmışdı. 54 yaşlı Ladenin necə öldürüldüyü isə müxtəlif müzakirələrə səbəb olmuşdu. 



Әlaqәli Xәbәrlәr