Sudanda sülh bərpa olunur

Cənubi Sudanda 2015-ci ilin avqust ayında əldə olunan sülh danışıqları aylar sonra həyata keçirilməyə başlanıb.

479232
Sudanda sülh bərpa olunur

Üsyançı qüvvələrin lideri və eks-prezidentin köməkçisi Riek Maçar yenidən dövlət başçısının köməkçisi vəzifəsinə gətirilib. Maçarın yenidən bu vəzifəyə  gətirilməsi üçün keçirilən andiçmə mərasiminə dövlət başçısı Salva Kiir və Afrika Birliyi nümayəndələri də qatııblar. Sülh müqaviləsinə uyğun olaraq Riek Maçar və Salva Kiir rəhbərliyi ilə  müvəqqəti hökumət 30 ay ərzində ölkəni idarə edəcək və daha sonra seçkilər keçiriləcək.

Cənubi Sudan 2011-ci ildə Sudandan müstəqilliyini əldə etmiş, 2013-cü ilin sonunda isə qanlı vətəndaş müharibəsinə sürükənmişdi. 10 mindən çox insanın ölümünə və 2 milyondan çox insanın evlərini tək etməsinə yol açan savaş  ötən ilin avqust ayında imzalanan sülh razılaşması ilə  sona çatmışdı.

 

 



Әlaqәli Xәbәrlәr