Donald Trump 5 ştatda qǝlǝbǝ qazanıb

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir.

478907
Donald Trump  5 ştatda  qǝlǝbǝ qazanıb

Respublikaçı partiyadan iş adamı Donald Trump, ötǝn gün keçirilǝn növbəti praymerizlərdǝ 5 əyalətdə qǝlǝbǝ qazanıb.

8 Noyabrda baş tutacaq prezident seçkiləri ǝrǝfǝsindǝ Respublikaçılar ilə demokratların namizədlərini təyin prosesi davam edir.

növbəti praymerizlər ötən  gün  ölkənin 5 ştatında - Rod Aylend, Delaver, Konnektikut, Pensilvaniya və Merilend ştatlarında keçirilib. Donald Trump qazandığı nümayəndə sayını 949-a yüksəldərək partiyasının namizədliyini qazanmağa daha da yaxınlaşıb.

Keçirilən praymerizlərdə demokratlardan Hillari Klintonun isǝ 4 ştatda – Delaver, Pensilvaniya, Merilend və Konnektikutda qələbəsi artıq təsdiqlənib.

Demokratların düşərgəsindən digər namizəd Berni Sanders Rod Aylenddə qələbə qazanıb.

 

 

 



Әlaqәli Xәbәrlәr