Küveytdə Yəmən sülh danışıqları başlayıb

Sülh danışıqları ölkədə 13 aydır davam edən qarşıdurmalara son verməyi qarşıya məqsəd qoyub.

475717
Küveytdə Yəmən sülh danışıqları başlayıb

Sülh danışıqları ölkədə 13 aydır davam edən qarşıdurmalara son verməyi qarşıya məqsəd qoyub.

Birləşmiş Millətlər Təşkilatının başçılığı ilə keçiriləcək müzakirələrdə hökumətə qarşı döyüşən şiə husilərlə müttəfiqləri, keçmiş prezident Əli Abdullah Salehin Ümumxalq Konqresi Partiyası ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi Abdurabbu Mənsur Hadi rəhbərliyi arasında razılaşma təmin edilməyə çalışılacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının tabeliyindəki koalisiya qüvvələrinin keçən il mart ayında husilərə qarşı başlatdığı hərəkatla şiddətlənən qarşıdurmalarda 6 min 400 nəfər ölüb, təxminən 3 milyon nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr