İraqın Әnbar vilayәtindә üç kütlәvi mәzar aşkar edilib

İraqın Әnbar vilayətinə bağlı Ramadi şəhərində terror təşkilatı DEAŞ üzvləri tәrәfindәn öldürülən əsgər və vətəndaşlara aid kütlәvi mәzarlar aşkar edilib.

474514
İraqın Әnbar vilayәtindә  üç kütlәvi mәzar aşkar edilib

Ramadide təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan DEAŞ üzvü terrorçuların verdiklәri ifadələrdәn sonra başladılan qazıntı işlәri nәticәsindә Ә​l-Melab məhəlləsində 3 kütlәvi məzar aşkar edilib.

Mәzarlarda әksәriyyәti әsgәr, 2-si uşaq olmaqla 30-dan çox mülki vәtәndaşa aid cәsәd tapılıb.

Qeyd edәk ki, ötәn il Ramadini nәzarәtinә keçirәn DEAŞ üzvlәrinin bu insanları yaxın mәsafәdәn odlu silahla öldürdüklәri bildirilir.



Әlaqәli Xәbәrlәr