Hindistanda avtobus qəzası baş verib

Hindistanın qərbində avtobusun uçuruma yuvarlanması nəticəsində biri uşaq olamaqla 27 nəfər həlak olub.

473107
Hindistanda avtobus qəzası baş verib

Konsertdən qayıdan 40 nəfər sənətçini daşıyan avtobusun Odişa əyalətinin Deogarh şəhəri yaxınlığında uçuruma yuvarlanan avtobusun sərnişinlərindən 13 nəfərinin də yaralandığı bildirilir.

İlkin ehtimallara görə qəza sürücünün döngədə sürət həddini aşması səbəbindən baş verib.

Qeyd edək ki, Hindistanda əlverişsiz yollar səbəbindən və diqqətsiz sürücülərin səbəb olduğu qəzalarda hər il təxminən 200 min insan həyatını itirir.



Әlaqәli Xәbәrlәr