Belçikanın Nəqliyyat naziri istefa verib

Nəqliyyat naziri Jacqueline Galant​ Brüssel hava limanındakı təhlükəsizlik tədbirlərinə​ dair xə​bə​rdarlıqlara diqqə​t yetirmə​diyi ittihamı ilə istefa verib.

471674
Belçikanın Nəqliyyat naziri istefa verib

Belçikanın Nəqliyyat naziri Jacqueline Galant​ Brüssel hava limanındakı təhlükəsizlik tədbirlərinə​ dair xə​bə​rdarlıqlara diqqə​t yetirmə​diyi ittihamı ilə istefa verib.

Baş nazir Çarls Mişel Galantın Kral Filippə təqdim etdiyi istefa məktubunu qəbul etdiyini bildirib.

Nazir Galantın istefasını istəyən müxalifət partiyaları 2015-ci ildə məxfi bir sənəd sızdırmışdılar.

Sənəddə qeyd edilir ki, Brüssel hava limanında təhlükəsizliklə bağlı ciddi problemlər var.

Terror təşkilatı DAEŞ martın 22-də​ Belçikanın paytaxtı Brüsseldəki Zaventem və Molanbeek hava limanına bombalı hücum təşkil etmişdi. Hücumda 32 nəfər həlak olmuşdu.



Әlaqәli Xәbәrlәr