Donald Trumpın övladları səs verə bilməyəcəklər

Amerika Birləşmiş Ştatlarında noyabr ayında keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq üçün yarışan milyarderi Donald Trumpın övladları səs verməyəcəklər.

469385
Donald Trumpın övladları səs verə bilməyəcəklər

Müsəlmanlar əleyhinə olan çıxışları ilə diqqət çəkən Trumpın 32 yaşlı Erik və 34 yaşlı İvanka adlı övladları martın 25-dək qeydiyyatdan keçmədikləri üçün aprelin 19-da Nyu-Yorkda keçiriləcək ön seçkilərdə səs verərək atalarına dəstək ola bilməyəcəklər.

ABŞ mətbuatına məsələ ilə əlaqədar açıqlama verən Trump uşaqlarının çox məyus olduğunu və qaydanı bilmədikləri üçün bu fürsəti qaçırdıqlarını dedi.

Trumpın "Müsəlmanların ABŞ-a buraxılmaması" istiqamətindəki çağırışı ciddi reaksiyalara yol açmasına baxmayaraq, sürpriz yüksəlişi davam edir.



Әlaqәli Xәbәrlәr