Misir Nazirlәr Kabinetinin açıqlaması müxalifәt və hakimiyyət tərəfdarlarını bir araya gətirdi

Misir Nazirlər Kabinetinin Qırmızı dənizdəki Sanafir və Tiran adalarının iki ölkə arasındaki yeni dəniz sərhədi sazişi çərçivəsində Səudiyyə Ərəbistanı tərəfində qalması ilә bağlı açıqlaması müxalifәt və hakimiyyət tərəfdarlarını bir araya gətirdi.

469006
Misir Nazirlәr Kabinetinin açıqlaması müxalifәt  və hakimiyyət tərəfdarlarını bir araya gətirdi

2013-cü ildә hәrbi çevrilişdәn sonra lәğv edilәn Şura Mәclisinin üzvlәri, nazirlәr, partiya liderlәri vә bәzi Misirli intelektuallarının imzaladığı yazılı açıqlamada adaların Sәudiyyә Әrәbistanına verilmәsinin qәbul edilmәdiyi qeyd olundu.

Açıqlamada ölkәdә qanuni olmayan hakimiyyәtin imzaladığı vә Misir su sәrhәdlәri, topraqları, hava mәkanı, hava limanları, tәbii resursların idarәsi vә suverenlik kimi mәsәlәlәrdәki tarixi hüquqlardan imtina edilәn bütün müqavilәlәrin etibarsız olduğu qeyd olundu.

Çevrilişә zәmin hazırlayan 30 iyun aksiyalarına dәstәk verәn bәzi siyasәtçilәrin dә adalara dair müqavilәni qәbul etmәmәlәri diqqәt çәkdi.



Әlaqәli Xәbәrlәr