‘‘Rusiya beynәlxalq sistemin qaydalarını pozur’’, Filip Hammond

İngiltərənin XİN rǝhbǝri Filip Hammond Rusiyanın beynəlxalq sistemin qaydalarını pozduğunu qeyd edәrәk: "Bu təbii ki hamımız üçün bir təhdiddir" deyib.

461613

Hammond, rəsmi səfərdə olduğu Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə bir araya gəlib.

Mətbuata qapalı baş tutan görüşdən sonra keçirilən birgə mətbuat konfransında Hammond müstǝqilliyini təktərəfli elan edən Abxaziya, Cənubi Osetiya ilə Ukraynanın şərqindəki proseslərə münasibət bildirib.

Gürcüstanın ərazi bütövlüyünə dəstək verdiklərini və yaşanan problemin ancaq sülh yoluyla həll edilməsi lazım olduğunu ifadə edən Hammond, Rusiyanın Ukraynada etdiklərinin qəbul edilməz olduğunu vurğulayıb.

Әlaqәli Xәbәrlәr