Misir tәyyarәsini girov götürürәn şәxsin kimliyi mәlum olub

Misirin İskəndəriyyə şəhərindən paytaxt Qahirəyə gedən Misir hava yollarına aid sәrnişin təyyarəsini girov götürәn şәxs tәslim olub.

460778
Misir tәyyarәsini  girov götürürәn şәxsin kimliyi mәlum olub

Misirin İskəndəriyyə şəhərindən paytaxt Qahirəyə gedən Misir hava yollarına aid sәrnişin təyyarəsini girov götürәn şәxs tәslim olub.

Misirә mәxsus sәrnişin tәyyarәsini qaçıran şәxsin Sәyfәddin Mustafa olduğu bildirilib.

Әldә edilәn mәlumata görә, Seyfəddin Mustafa Misirin hərbi kəşfiyyatında zabit olub vә Misir hökumətinə müxalifətdədir.

S. Mustafanın keçmiş hәyat yoldaşı Marina Paraşuya ünvanladığı mәktubda Misirdə həbsdə olan bir neçə qadın məhbusun azad edilməsini tələb etdiyi iddia edilib.

Hadisə ilə bağlı bəyanat verən Cәnubi Kıbrıs Yunan icmasının lideri Nikos Anastasiadis təyyarənin qaçırılmasının terror aktı olmadığını deyib.

Qeyd edәk ki, qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub.



Әlaqәli Xәbәrlәr