Dünyanın diqqǝti Havanada

Amerika Birləşmiş Ştatlarından 88 il aradan sonra ilk dəfə prezident seviyyǝsindǝ Kubaya rǝsmi sǝfǝr tǝşkil edilir.

454466
Dünyanın diqqǝti Havanada

İki ölkə əlaqələrinin normallaşması çǝrçivǝsindǝ əhəmiyyətli qərarlara imza atan Barak Obamanın Kuba ziyarǝti böyük ǝhǝmiyyǝt kǝsb edir.

Kübanı ən son 1928-ci ildə ABŞ prezidenti Calvin Coolidge ziyarət etmişdir. İki ölkǝ arasında yüksək səviyyəli son yığıncaq isə 1959-ci ildə, Fidel Kastro ilə vitse-prezident Richard Nixonun başçılığında keçirilmişdi. Hǝmin tarixdən iki il sonra, Kuba ilǝ ABŞ arasındakı diplomatik əlaqələr sona çataraq iqtisadiyyatların ölkələrin daxili siyasətinə müdaxilə mövzusunda ən təsirli vasitə olduğunun idrakında olan Vaşinqton rəhbərliyi, Kubaya sanksiya tətbiq etmǝyǝ başlmışdı.

Prezident Barak Obamanın cǝhdi ilǝ iki ölkǝ arasındakı ǝlaqǝlǝr yenidǝn normallaşmağa başladı. O, 2015-ci ilin aprel ayında baş tutan bir zirvǝ toplantısında Raul Kastro ilə bir araya gəldi. Hǝmin görüşdǝn sonra, 1982-ci ildən bu yana “terroru dəstəkləyən ölkələr" siyahısında olan Küba, siyahıdan çıxarıldı.

Obamanın bu diplomatik jestindǝn sonra hǝr iki ölkǝdǝ böyük elçiliklǝr açıldı.


Etiketlәr: #ABŞ , #Kuba , #Havana

Әlaqәli Xәbәrlәr