Belçikada terror həyəcanı

4 polis yaralanıb, 1 şübhəli ölüb

451529
Belçikada terror həyəcanı

2015-ci ilin 13 noyabrında törədilən, 130 adamın öldüyü Paris hücumlarıyla əlaqədar Belçikanın paytaxtı Brüsseldə təşkil edilən əməliyyatda qarşıdurma yaranıb, 4 polis yaralanıb, 1 şübhəli ölüb.

Hadisə belə baş verib. Terrorla mübarizə qrupları Paris hücumlarıyla əlaqədar şübhəliləri tutmaq üçün Fore səmtində bir evə basqın edib. Şüphəlilər onlara silahlarla cavab verib. Qarşıdurma zamanı bir şübhəli ölüb, digəri isə qaçmağa nail olub.

Qeyd edək ki, nəzarət altına alınan bölgədə bir məktəb, bir körpələr evi bağlanılıb, uşaqlar bələdiyyə binasına aparılıb.


Etiketlәr: #Belçikada terror

Әlaqәli Xәbәrlәr