“Facebook” və “Twitter”dən söyüşlər götürüləcək

Məsələ Aİ Ədliyyə və Daxili İşlər nazirləri toplantısında müzakirə olunub

449411
“Facebook” və “Twitter”dən söyüşlər götürüləcək

Avropa İttifaqı (Aİ) “Facebook" və “Twitter" internet saytlarında yer alan nifrət ifadələrinin aradan qaldırılması üçün hərəkətə keçib.

Məsələ Aİ Ədliyyə və Daxili İşlər nazirləri toplantısında müzakirə olunub.

Aİ Komissiyasının Ədalət və İstehlakçı Haqqları üzrə məsul komissarı Vera Yourova mətbuat konfransında Avropada “onlayn-nifrət"in narahatedici bir vəziyyətə gəldiyini qeyd edərək texnologiya şirkətlərinin hərəkətə keçmə məsuliyyəti daşıdığını söyləyib.

Aİ Komissiyasının texnologiya şirkətləri, üzv dövlətlər və mülki cəmiyyətlə yaxın bir dialoq içərisində olduğunu deyən Yourova nifrət, söyüş bildirən bütün paylaşmaların qaldırılmasını nəzərdə tutan bir yol düşündüklərini bildirib. İyuna qədər texnologiya şirkətləri ilə razılığa gəlmək istədiklərini söyləyən Yourova, buna baxmayaraq, görülən tədbirlər zamanı söz və ifadə azadlığına hörmət göstərəcəklərini, məqsədlərinin də bunlara məhdudiyyət qoymaq deyil, “nifrət cinayəti" ilə mübarizə aparmaq olduğunu vurğulayıb.

Əldə ediləcək razılaşmaya görə, texnologiya şirkətləri verilən xəbərin izi ilə irq, rəng, din, millət və etnik mənşə əsaslı zorakılıq və nifrət ehtiva edən ifadələri beynəlxalq və Aİ qanunları çərçivəsində səhifədən qaldıracaq.



Әlaqәli Xәbәrlәr