‘‘Rejim qüvvәlәrinin olduğu bölgәdә işlәmәk çox tәhlükәlidir’’

Bu sözlәri Sərhədsiz Hәkimlәr Tәşkilatının sәdri Joanne Liu deyib.

444989
‘‘Rejim qüvvәlәrinin olduğu bölgәdә işlәmәk çox tәhlükәlidir’’

Bu sözlәri Sərhədsiz Hәkimlәr Tәşkilatının sәdri Joanne Liu deyib.

Sərhədsiz Hәkimlәr Tәşkilatının sәdri Joanne Liu Suriyadakı müharibə səbəbilə 1.5 milyondan çox insanın çәtin şәraitdә yaşadığını söyləyib.

Livanın paytaxtı Beyrutdakı bir universitetdə "Cəbhədəki Həkimlər: Tibbdə İnsanı Çətinliklər" adlı konfransda çıxış edәn Joanne Liu:

''Suriyada 1.5 milyondan çox insan çәtin şәraitdә yaşayır vә bu bölgәlәrә tibbi dәstәk çatdırmaq mümkün deyil'' deyib.

Tәşkilatın 2011-ci ildәn etibarәn Suriyada fәaliyyәt göstәrdiyini bildirәn Liu: ''Rejim qüvvәlәrinin nәzarәtindә olan bölgәlәrdә işlәyә bilmirik. Tibbi heyәtimiz bu bölgәlәrdә girov götürülür. Rejim qüvvәlәrinin olduğu bölgәdә işlәmәk çox tәhlükәlidir'' deyib.

Qeyd edәk ki, Liu çıxışının sonunda Avropa ölkәlәrinә qaçqınlara qapılarını açmaları ilә әlaqәdar çağırış da edib.



Әlaqәli Xәbәrlәr