Macarıstanda Baş nazir Orbanın ǝleyhindǝ aksiya keçirilib

Macarıstanda, immiqrant əleyhdarı siyasǝt izlǝyǝn Baş nazir Viktor Orbandan etiraz mǝqsǝdiylǝ aksiya keçirilib.

441148
Macarıstanda Baş nazir Orbanın ǝleyhindǝ aksiya keçirilib

Paytaxt Budapeştdə küçəlǝrǝ axışan aksiyaçılar, Orbanın, qaçqın siyasətinin, ölkələrini Avropa İttifaqından uzaqlaşdırdığını irǝli sürürlǝr.

Qərbi Avropa ölkǝlǝrinǝ sığınmaq istəyən minlərlə immiqrant üçün ǝhǝmiyyǝtli mǝrkǝzlǝrdǝn biri hesab edilǝn Macarıstan, ötǝn il, Serbiya və Xorvatiya ilə olan sərhədlərinə mǝftil çəkmişdi.

Macarıstan Baş naziri Viktor Orban, Aİ-nın, sığınmacıların, üzv ölkələrǝ qǝbul edilmǝsinǝ dair hǝyata keçirmǝk istǝdiyi məcburi kvota qǝrarının isǝ referenduma çıxarılmasını nǝzǝrdǝ tutan qǝrar qǝbul etmişdi.

Orbanın son olaraq ölkəsinin Rumıniya sərhədində dǝ müdafiə xətti yaradılmasını nǝzǝrdǝ tutan qǝrarı Aİ tǝrǝfindǝn reaksiya ilǝ qarşılanıb.



Әlaqәli Xәbәrlәr