‘‘Qaçqınlar məsələsində Türkiyənin yükünü bölüşdürmәliyik’’

Bu sözlәri Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Kommisarı Filippo Qrandi rәsmi sәfәrdә olduğu Afinada deyib.

438905
‘‘Qaçqınlar məsələsində Türkiyənin yükünü bölüşdürmәliyik’’

Bu sözlәri Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Kommisarı Filippo Qrandi rәsmi sәfәrdә olduğu Afinada deyib. Filippo Qrandi Afinada keçirdiyi mәtbuat konfransında Avropada yaşanan qaçqın böhranı ilә bağlı bәyanat verib.

Türkiyənin hazırda ən böyük yükü öz üzәrinә götürdüyünü qeyd edən Filippo Qrandı, ''Qaçqınları Türkiyəyə geri göndərməyi düşünərkən Türkiyənin dünyada ən çox miqranta ev sahibliyi etdiyini heç kim unutmamalıdır. Türkiyəyə qaçqınları geri göndərmək əvəzinə Türkiyənin yükünü bölüşməliyik" deyә qeyd edib.

Qrandi Avropa dövlәtlәrinin 160 min qaçqını ölkәlәrinә qәbul etmәyә söz verdiklәrini, lakin bugünәdәk bir neçә yüz miqrantı qәbul etdiklәrini xatırladıb.

BMT rәsmisi söz verәn ölkәlәrә üzәrilәrinә düşәn mәsuliyyәti yerinә yetirmәlәri haqqında çağırış edib.



Әlaqәli Xәbәrlәr