Stokholmda Türk dǝrnǝyinǝ hücum

Yerli vaxtla saat 21.00-da hǝyata keçirilǝn hücumda ölǝn olmadığı bildirilib.

434997
Stokholmda Türk dǝrnǝyinǝ hücum

Paytaxt Ankarada törǝdilǝn xain terror aktının acısı hǝlǝ sǝngimǝmiş İsveçin paytaxtı Stokholmda da Botkyrka Türk dǝrnǝyinǝ sǝsli bomba ilǝ hücum olub.

Yerli vaxtla saat 21.00-da hǝyata keçirilǝn hücumda ölǝn olmadığı, ciddi sǝviyyǝdǝ maddi ziyan dǝydiyi bildirilib. Polis hadisǝ mahalında tǝdqiqat başladıb.

Dǝrnǝyin sǝdri İsmayıl Zǝngin eyni mǝhǝllǝdǝ kürd mǝnşǝli vǝtǝndaşlarla birlikdǝ sülh içindǝ yaşadıqlarını vǝ bǝzilǝrinin bu qardaşlığı pozmaq istǝdiyini vurğulayıb.

Dǝrnǝyǝ bir hǝftǝ ǝvvǝl dǝ terror tǝşkilatları PKK vǝ PYD tǝrǝfdarı bir qrup tǝrǝfindǝn daş vǝ dǝynǝklǝrlǝ hücum olmuşdu.



Әlaqәli Xәbәrlәr