Qətər enerji daxil hər mənada Türkiyənin yanındadır

Qardaş ölkə Türkiyə nə qədər LNG istərsə tədarük etməyə hazırıq

412613
Qətər enerji daxil hər mənada Türkiyənin yanındadır

Qətərin Ankara səfiri Salim Mübarək Əl-Şafi, ölkəsinin enerji daxil hər mənada qardaş ölkə Türkiyənin yanında olduğunu söylədi.
AA müxbirinin suallarını cavablayan Al-Şafi, Türkiyəni qardaş ölkə olaraq gördüklərini vurğuladı: 
"Enerji daxil hər mənada Türkiyənin yanındayıq. Qardaş ölkə Türkiyə nə qədər LNG istərsə tədarük etməyə hazırıq"  dedi. 
Salim Mübarək Al-Şafi  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Qətər ziyarətinin iki ölkə əlaqələrindǝ böyük ǝhǝmiyyǝt kǝsb etdiyini vurğuladı.
Al-Şafi Türkiyə ilə Qətər arasında 1,2 milyard kub metrlik mayeləşdirilmiş təbii qaz LNG ticarəti olduğunu ifadə etdi.
Qeyd edǝk ki, Qətər dünyadakı təbii qaz ehtiyatlarının yüzdə 14-nǝ sahibdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr