İsveçrədə çadranı qadağan edən qanun qəbul olundu

İsveçrənin Ticino federal kantonu qadınların çarşab geyinməsini, və yaxud çadra taxmasını qadağan edən qanun qəbul etdi.

422707
İsveçrədə çadranı qadağan edən qanun qəbul olundu

Çarşab geyinən, və ya çadra taxan qadınlar 100-10 min frank arasında cərimə ödəmək məcburiyyətində qalacaqlar.

Qadağa turistlər üçün də keçərli sayılacaq və çarşab geyən turistlərə İtaliya sərhədində yerləşən kantona daxil olmazdan əvvəl gömrük məntəqələrində, və ya hava limanlarında qadağa ilə bağlı məlumat veriləcək.

Ticino kantonu çarşabın qadağan edilməsi ilə əlaqədar 2013-ci ildə referendum keçirmiş və referendumdan "bəli" nəticəsi əldə olunmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr