AŞPA Avropadakı radikal dinçilərlə bağlı "qara siyahı" tərtib ed

Qərarda radikal dinçi terrorla bağlı mübarizədə Ankara ilə əməkdaşlığın genişləndirilməsi tələb olunur.

422556
AŞPA Avropadakı radikal dinçilərlə bağlı "qara siyahı" tərtib ed

Avropa Parlamenti Avropadakı radikal dinçilərlə bağlı “qara siyahı” tərtib olunmasına dair qərar verib.
Qərarda radikal dinçi terrorla bağlı mübarizədə Ankara ilə əməkdaşlığın genişləndirilməsi tələb olunur.
Qərarda, İraq və Suriyadakı radikal dinçi qruplar içində 5 mindən artıq Avropa İttifaqı vətəndaşının olduğu və “xarici döyüşçülər”olaraq tanınan bu şəxslərin Avropa üçün problem olduğu bildirilir.
Müxtəlif sosial mənşələrdən gəldikləri vurğulanan bu şəxslərin ortaq məxrəcinin “cəmiyyətdən qopmaq qorxusu” olduğu müşahidə edilib.
Qərarda üçüncü ölkələrə döyüşməyə gedən radikal dinçilərin Avropaya döndüklərində faydalana bilmələri üçün “xarici döyüşçülər” adı altında ortaq bir şəkildə razılıq ǝldǝ olunması üçün Avropa İttifaqı dövlətlərinə çağırış edilib.
Qərarda eyni zamanda ölkələrdən “cihadçılar”, “cihadçı terrorist şübhəliləri” ilə bağlı “qara siyahı” tərtib olunması da istənilib. Bundan başqa terrorizmin “heç bir din, miliyyət və ya cəmiyyətlə uyğunlaşdırılmamasının vacibliyi” qeyd olunur.
Qərarda, Avropa Birliyinin terrorla mübarizə və təhlükəsizlik məsələlərində Əl-Cəzair, Misir, İraq, İsrail, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Tunis və Körfəz Ərəb ölkələrinin əməkdaşlıq şurası ilə dialoqun gücləndirilməsi istənilir.
Qərarda radikal dinçi terrorla bağlı mübarizədə Ankara ilə də əməkdaşlığın genişləndirilməsi tələb olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr