"Tǝyyarǝyǝ 10 dǝfǝ xǝbǝrdarlıq edilmǝsini biz dǝ eşitdik"

Polkovnik Steve Warren Türkiyǝnin hava mǝkanını pozan döyüş tǝyyarǝsinin düşürülmǝsi mövzusunda tǝyyarǝyǝ 10 dǝfǝ xǝbǝrdarlıq edilmǝsini onların da eşitdiyini bildirib.

368582
  "Tǝyyarǝyǝ 10 dǝfǝ xǝbǝrdarlıq edilmǝsini biz dǝ eşitdik"

ABŞ-ın başçılığındakı koalisiyanın DEAŞ-a qarşı hǝyata keçirdiyi “Tǝbii Qǝtiyyǝt Әmǝliyyatı” üzrǝ sözçüsü polkovnik (albay) Steve Warren Türkiyǝnin hava mǝkanını pozan döyüş tǝyyarǝsinin düşürülmǝsi mövzusunda tǝyyarǝyǝ 10 dǝfǝ xǝbǝrdarlıq edilmǝsini onların da eşitdiyini bildirib.
Warren Bağdaddan video konfransı vasitǝsilǝ jurnalistlǝrǝ verdiyi açıqlamada bildirib ki, baş verǝn hǝr şǝyi eşidǝ bilirdik. Bunlar açıq kanallardır. Bunları digǝrlǝrinin dǝ eşitdiyindǝn ǝminǝm.
Warren Türk pilotların tǝyyarǝyǝ 10 dǝfǝ xǝbǝrdarlıq etdiyini tǝsdiqlǝyib.
Hadisǝ zamanı bölgǝdǝ olan hollandiyalı bir mülki pilot da Türkiyǝnin düşürülǝn tǝyyarǝyǝ etdiyi xǝbǝrdarlıqları eşitdiklǝrini, ancaq buna hǝr hansı cavab verilmǝdiyini söylǝyib.
Hollandiyada yayımlanan RTL4 televiziyasına mǝlumat verǝn adı açıqlanmayan pilot tǝyyarǝnin düşdüyü anda bölgǝdǝ uçuş vǝziyyǝtindǝ olduqlarını deyib. Hadisǝ zamanı onların da F-16 tǝyyarǝlǝrinin uçuşu münabisǝtilǝ alçaqdan uçmaları barǝdǝ xǝbǝrdar edildiyini bildirǝn pilot deyib ki, qalxandan dǝrhal sonra tǝcili vǝziyyǝt tezliyindǝn Türk Hava Qüvvǝlǝrinin xǝbǝrdarlığını eşitdik. Türkiyǝnin hava mǝkanına girmǝk üzrǝ olan tǝyyarǝ (rus tǝyyarǝsi) onlarla dǝfǝ Türklǝr tǝrǝfindǝn xǝbǝrdar edildi. Lakin ruslar bir dǝfǝ dǝ olsa cavab vermǝdi.
Pilot rus tǝyyarǝsinin Türkiyǝnin hava mǝkanında düşürüldüyündǝn ǝmin olduğunu dilǝ gǝtirǝrǝk, türklǝrin ǝlaqǝ saxlamaqda bir nöqsanlarının olmadığını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr