İçindǝ qaçqınların olduğu rezin qayıq batıb
Axtarışlar davam etdirilıir
418230
Ege dənizi İstanköy adası yaxınlarında içində qaçqınların da olduğu rezin qayığın batması nəticəsində 4-ü uşaq olmaqla 9 nǝfǝr hǝlak olub.
Yunanıstan sahil təhlükəsizlik idarəsinin məlumatına görə, İstanköy adasının şimalındakı Aya Foka yaxınlığında içində 23 miqrantın olduğu qayıq çevrilib. Sahil təhlükəsizlik qüvvələri 7 nəfəri xilas edib. 4-ü uşaq olmaqla 9 nəfər həlak olub. İtkin düşǝn 7 nəfərin axtarışı isǝ Aİ sərhəd agentliyi Frontexǝ aid helokopter və Yunan sahil təhlükəsizlik dǝstǝsi tərəfindən davam etdirilir.
.
Әlaqәli Xәbәrlәr
kanadada orman yanğınları nəticəsində həbsxana təxliyə edilib
Kot-Nord bölgəsindəki “Port-kartier” yüksək təhlükəsizlikli həbsxana təxliyə edilib